“Atalanta” “Qalatasaray”ın istədiyi oyunçuya qiymət qoyub

“Atalanta” nigeriyalı hücumçusu Ademola Lukmanı qış transfer pəncərəsində hansı məbləğə satışa çıxara biləcəyini müəyyənləşdirib.

Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu 28 yaşlı forvardı “Qalatasaray”a 50 milyon avroya satmağa hazırdır. Bundan əvvəl Türkiyə mətbatında “cim-bom”un hücumçusu Viktor Osimhenin həmyerlisi olan Lukmanı komandasına gətirmək üçün onu inandırmağa çalışdığı barədə xəbərlər yayılmışdı.

Lukman cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb və 1 qol vurub. Onun “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right