"Ən qısa zamanda komandaya qoşulmaq istəyirdim"

“Barselona”nın cinah hücumçusu Rafinya zədəsinin təkrarlanması ilə bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, təxminən iki aydan sonra heyətə geri dönən braziliyalı futbolçu bu müddətdə yenidən zədə almasında birbaşa özünün məsuliyyət daşıdığını bildirib:

"Yenidən zədə almağım öz qərarımın nəticəsidir, məsuliyyəti öz üzərimə götürə bilərəm. Heyətə tez geri dönmək üçün səhv qərar verdim. Buna görə də zədələrim təkrarlandı. Ən qısa zamanda meydana qayıtmaq və komandaya kömək etmək istəyirdim".

Qeyd edək ki, Kataloniya təmsilçisi 26 noyabr Çempionlar Liqası çərçivəsində “Çelsi” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right