Qallaher qışda klubundan ayrıla bilər

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, qışda İngiltərə Premyer Liqasının bir neçə klubu 25 yaşlı futbolçunu transfer etməyə çalışacaq.

Madridlilər ingiltərəli oyunçunu buraxmağa hazırdır. Ancaq onlar yalnız tam transfer variantına razılıq verəcəklər, icarə müqaviləsi qəbul edilməyəcək.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 17 oyunda iştirak edib və 2 qol vurub. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right