“Barselona”nın baş məşqçisi Hans-Diter Flik braziliyalı yarımmüdafiəçi Rafinyanın bərpa prosesində buraxılan səhvlərlə bağlı klubun tibbi heyətinə qarşı hansısa narazılığının olmadığını bildirib.
Flikin daha əvvəl futbolçuların bərpa planlarından narazı qaldığı və bunun komandada gərginlik yaratdığı xəbərləri yayılmışdı. Rafinyanın vəziyyətində isə səhv qərarlar zədənin təkrarlanmasına səbəb olub.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı tibbi heyətə qəzəbli olmadığını deyib:
“Mən tibbi heyətimizə qəzəbli deyiləm. Onlar çox təcrübəlidirlər. Rafinya ilə bağlı biz müəyyən səhvlər etdik, amma bu insan təbiətidir. Bununla bağlı deyə biləcəyim budur”.
28 yaşlı futbolçu son olaraq La Liqada “Atletik”lə oyunda (4:0) bir neçə dəqiqə meydanda olub. Onun UEFA Çempionlar Liqasında “Çelsi”yə qarşı çıxış edib-etməyəcəyi isə hələ ki, bəlli deyil.
Rafinya 2025/26 mövsümündə indiyədək bütün turnirlərdə 8 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.