Di Mariyanın komandası çempion oldu

Argentinanın “Rosario Sentral” futbol klubu ölkə çempionu olub.

Newsport.az xəbər verir ki, Argentina Futbol Federasiyası mövsümün bütün mərhələləri üzrə ən çox xal toplayan “Rosario Sentral”ı çempion elan edib. 

Bu nəticə komandanın Libertadores Kubokuna vəsiqə qazanması ilə də nəticələnib.

Bu qərar Argentina futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Məsələ ondadır ki, yerli liqada qarşıda hələ pley-off oyunları olacaq və buna qədər yekun çempion məhz bu oyunlardan sonra bəlli olurdu. 

Qeyd edək ki, “Rosario Sentral”da Argentina millisinin sabiq üzvü Anhel di Mariya da çıxış edir. Bu titul onun peşəkar karyerasındakı 37-ci mükafatdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right