DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Newsport.az xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub.
A yolu
İtaliya – Şimali İrlandiya
Uels – Bosniya və Herseqovina
B yolu
Ukrayna – İsveç
Polşa – Albaniya
C yolu
Türkiyə – Rumıniya
Slovakiya – Kosovo
D yolu
Danimarka – Şimali Makedoniya
Çexiya – İrlandiya
Bundan əlavə, qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya – Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya – Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.
Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.