Fransa superkuboku Küveytdə

PSJ və Marsel “Olimpik”i arasında keçiriləcək Fransa superkuboku uğrunda oyunun tarixi və məkanı açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

Matç 2026-cı il yanvarın 8-də Küveytin paytaxtı Küveytdəki Caber Əl-Əhməd stadionunda baş tutacaq.

Fransa superkuboku uğrunda qarşılaşma 2009-cu ildən ölkə xaricində təşkil olunur. Görüş daha əvvəl Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada keçirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right