“Bornmut”un vingeri Antuan Semenyonun qış transfer pəncərəsində “Mançester Yunayted”ə keçidi real görünmür.
Newsport.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim 25 yaşlı futbolçuya heyrandır, ancaq klub yanvarda “Bornmut”un maliyyə tələblərini qarşılayıb transferi reallaşdırmaqda çətinlik çəkəcək. 24 yaşlı Semenyonun müqaviləsində 73,5 milyon avro dəyərində xüsusi maddə mövcuddur.
Qanalı futbolçu bu mövsüm Premyer Liqada 11 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Bornmut”la hazırkı müqaviləsinin müddəti 2030-cu ilin ortalarına kimidir.