"İnter" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

"Cenoa"nın müdafiəçisi Bruk Norton-Kaffi İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Norton-Kaffi Milan klubunun qış transfer pəncərəsi üçün müdaffiə mövqeyinə əsas hədəflərindən biridir. "İnter" 21 yaaşlı sağ cinah müdafiəçisini yanvar ayında heeyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Cenoa" Bruk Norton-Kaffini 2024-cü ilin yayında "Arsenal"dan 2 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right