DÇ-2026: Seçmə mərhələnin bombardiri bəlli oldu

DÇ-2026-nın seçmə mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, bu mərhələnin bombardirinin adı bəlli olub.

Belə ki, Norveç millisinin forvardı Erlinq Haaland 16 qolla hamını qabaqlayıb.

Norveç millisi I qrupunda 24 xal toplayaraq, mundiala birbaşa vəsiqə qazanıb. 

Qeyd edək ki, Haaland Avropa zonasında təsnifat mərhələlərində ən çox qol vuran Robert Levandovskinin də rekordunu yeniləyib(16 qol).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right