Tramp bu gün Ronaldo ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp bu gün ulduz futbolçu Kriştiano Ronaldo ilə görüşəcək.

Newsport.az xəbər verir ki, bu barədə Britaniyanın "Mirror" nəşri məlumat yayıb. 

Xəbərdə qeyd olunub ki, Portuqaliya millisinin kapitanı özü Donald Trampla görüşmək istəyib. Bu səbəbdən o, Ağ Evə dəvət edilib. Görüşün həm də 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlı olduğu bildirilib. 

Həmçinin, ABŞ və Portuqaliya millilərinin dünya çempionatından əvvəl yoldaşlıq görüşü keçirməsi də müzakirə olunacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right