Özbəkistanlı futbolçu "Yuventus"un hədəfində

"Persepolis"in futbolçusu Oston Urunov karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Yuventus" özbəkistanlı vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Ağ-qaralar"ın idman direktoru Marko Ottolini Özbəkistan milli komandasının baş məşqçisi Fabio Kannavaro ilə əlaqə saxlayaraq oyunçu haqda məlumat istəyib. "Yuevntus"un qarşıdakı transfer pəncərəsi zamanı rəsmi addınlar atacağı gözlənilir.

Qeyd edək ki, Oston Urunov 2024-cü ilin yayından "Persepolis"də çıxış edir. 24 yaşlı futbolçu bu mövsüm İran təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right