Millinin sabiq üzvü karyerasını başa vurdu

“Atalanta”nın və “Milan”ın sabiq müdafiəçisi Mattia Kaldara karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, 31 yaşlı futbolçu paylaşım edərək, qərarın çətin olduğunu, amma davamlı zədələr və pisləşən səhhət problemləri səbəbindən başqa çarəsi qalmadığını bildirib.

Kaldara A Seriyasında debütünü 2013/14 mövsümündə “Atalanta”da edib. 2018-ci ildə “Milan”a transfer olub, 2020-ci ildə icarə əsasında “Atalanta”ya qayıdıb.

Onun son komandası 2024/2025 mövsümündə “Modena” olub. Kaldara İtaliya millisində də 2 oyuna çıxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right