DÇ-2026 seçmə mərhələsində Gürcüstana qalib gələn (4:0) İspaniya yeni rekorda imza atıb.
Newsport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasına istinadən məlumat verir.
30-cu məğlubiyyətsiz oyununu keçirən İspaniya millisi Visente del Boskenin rəhbərliyi ilə qeydə alınan rekordu qırıb. İspanlar Del Boske ilə 2010-cu ildən 2013-cü ilə qədər məğlubiyyət üzü görməyib. Luis de la Fuentenin komandası isə 2023-cü ildən bəri uduzmur. Bu müddət ərzində milli komanda Millətlər Liqasını və Avropa Çempionatını qazanıb.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsinin 5 oyuna 15 xalla E qrupunda liderdir.