"Qalatasaray" mərc oyunlarında iştirak edən futbolçuları ilə yollarını ayıracaq?

"Qalatasaray" mərc oyunlarında iştirak etdiyi üçün futboldan uzaqlaşdırılan oyunçuları ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi Eren Elmalı və Metehan Baltacı ilə yollarını ayırmayacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Sarı-qırmızılar" müdafiəçilərin müqaviləsini ləğv etmək variantını nəzərdən keçirmir. Klub futbolçuların cəzalarının azaldılması üçün appelyasiya şikayəti verəcək.

Qeyd edək ki, Peşəkar Futbol İntizam Komitəsi Eren Elmalıya 45 gün, Metehan Baltacıya isə 9 ay futboldan uzaqlaşdırma cəzası verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right