DÇ-2026: Almaniya və Xorvatiyadan qələbə, Niderland xal itirdi Yenilənib

DÇ-2026-nın seçmə mərhələ oyunları davam edir.

Newsport.az xəbər verir ki, bu gün Avropa zonası üzrə 6 qarşılaşma keçirilib.

A qrupunda Almaniya və Slovakiya növbəti qələbələrini qazanıblar. 5 turdan sonra hər iki komanda 12 xala sahibdir. Qrup qalibinin adına son turda bu iki komanda arasında keçiriləcək görüşdə aydınlıq gələcək. 

G qrupunda favoritlər - Polşa və Niderlandın qarşıdurmasında qalib aşkarlanmayıb. Bu qrupda da qalibin adı son turda müəyyənləşəcək. 

L qrupunda isə qalib müəyyənləşib. Öz meydanında Farer adalarını məğlub edən Xorvatiya qrup liderliyini, avtomatik olaraq mundiala vəsiqəni təmin edib. Bu tur meydana çıxmayan Çexiyanın isə qrup ikincisi olacağı dəqiqəşib. 

14 noyabr

A qrupu

Lüksemburq - Almaniya - 0:2

Qollar: Nik Voltemade, 49; 69

Slovakiya - Şimali İrlandiya - 1:0

Qol: Tomas Bobçek, 90+1

G qrupu

Finlandiya - Malta - 0:1

Qol: Cek Qreş, 81

Polşa - Niderland - 1:1

Qollar: Yakub Kaminski, 43 (1:0), Memfis Depay, 47 (1:1)

L qrupu

Cəbəllütariq - Monteneqro - 1:2

Qollar: Liam Jessop, 20 (1:0), Vasilije Adziç, 33 (1:1), Nikola Krstoviç, 42 (1:1)

Xorvatiya - Farer adaları - 3:1

Qollar: David Turi, 16 (0:1), Yosko Qvardiol, 23 (1:1), Petar Musa, 57 (2:1), Nikola Vlasiç, 70 (3:1)

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right