Almaniya millisində itki

Almaniya millisinin aparıcı üzvlərindən olan Coşua Kimmix zədələnib.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi məşq zamanı topuq oynağından xəsarət alıb.

"Bavariya"nın futbolçusu bu səbəbdən DÇ-2026-nın seçmə mərhələsində Lüksemburq yığmasına qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək. 

Qeyd edək ki, Lüksemburq – Almaniya matçı bu gün keçiriləcək və Bakı vaxtı  saat 23:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right