A Seriyası klubunun yeni baş məşqçisi açıqlandı

İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisini Rafaele Palladino çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı italiyalı mütəxəssislə2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Atalanta" ötən gün İvan Yuriçlə yollarını ayırıb. Palladinonun son iş yeri isə "Fiorentina" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right