"Milan" almaniyalı qapıçıya "elçi düşdü"

"Milan" mövsümün sonunda klubla müqaviləsi başa çatan qapıçı Mayk Menyana əvəzləyici axtarır.

Newsport.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Frayburq"da çıxış edən Noa Atuboludur. Bu barədə "Cacliomercato" nəşri məlumat yayıb.

"Rossoneri" almaniyalı qolkiperi gələn ilin yayında transfer etməyi planlaşdırır. "Milan" 23 yaşlı "əlcək sahibi" üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Noa Atubolu bu mövsüm "Frayburq"un heyətində 14 oyunda meydana çıxıb. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right