İlin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlandı

FIFA 2025-ci ilin yekunlarına əsasən ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısını açıqlayıb.

Newsport.az xəbər verir ki, siyahını qurumun mətbuat xidməti yayıb.

Namizədlər siyahısına 11 futbolçunun – Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendes, Vitinya (hamısı PSJ, Fransa), Harri Keyn (“Bayern”, Almaniya), Kilian Mbappe (“Real”, İspaniya), Koul Palmer (“Çelsi”, İngiltərə), Pedri, Rafinya, Lamin Yamal (hamısı “Barselona”, İspaniya) və Məhəmməd Salahın (“Liverpul”, İngiltərə) adları daxil edilib.

Ötən il mükafatı “Real”ın braziliyalı hücumçusu Vinisius qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right