"Barselona"dan ayrılan futbolçu Çempionşip klubunda

"Barselona"dan ayrılan Oriol Romeunun yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.

Romeu "Sauthempton"la anlaşıb. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Oriol Romeu ötən mövsüm icarə əsasında "Jirona"da çıxış edib. Təcrübəli oyunçu bu ilin 31 avqust tarixində "Barselona"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right