“Real”ın qapıçısı Tibo Kurtua son məğlubiyyətdən məyus olub. Belçikalı Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Liverpul”a qarşı oyunda çox səhv etdiklərini deyib.
Newsport.az xəbər verir ki, matçda bir neşə qurtarışla yadda qalan qolkiper 0:1 hesablı yenilginin səbəbi barədə danışıb: “Cərimə meydançası həndəvərində həddindən artıq çox səhv etdik. İngilislər bu baxımdan yaxşı işlər gördü. Nöqsanları aradan qaldırmağımız lazımdır. Amma “Enfild”də oynamağın çətin olduğunu da deməliyik. “Liverpul” ÇL-də ən güclü komandalardan biridir, çoxları burada xallar itirir”.
Kurtua növbəti oyunlardan da bəhs edib: “Olimpiakos” başqa bir çətin rəqibdir. Yunanları məğlub etsək, ilk “səkkizliy”ə düşmək şansımız yaxşılaşacaq. Belə oyunların taleyini kiçik detallar həll edir. “Liverpul”a uduzmaq dünyanın sonu deyil. Hər şey yolundadır. Sakitliyimizi qorumalı və irəli baxmalıyıq”.