15 yaşında Çempionlar Liqasında rekord qırdı

"Arsenal"ın futbolçusu Maks Douman UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Newsport.az xəbər verir ki, ingiltərəli vinger bu turnirdə meydana çıxan ən gənc oyunçu olub.

O, ötən gün Liqa mərhələsinin 4-cü turunun "Slaviya" ilə matçın (3:0) 73-cü dəqiqəsində Leandro Trossardın əvəzinə meydana daxil olub. Qitənin bir nömrəli klub turnirində debüt edən Douman 15 yaş 308 günündə olub.

Bundan əvvəlki rekord Dortmund "Borussiya"sının futbolçusu Yussufa Mukokoya aid idi. Almaniyalı hücumçu 16 yaş 18 günündə turnirdə ilk oyununa çıxmışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right