İstanbul derbisində 5 qol, 1 qırmızı vərəqə və "comeback"

Türkiyə Super Liqasınnda XI turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub. "Beşiktaş" doğma meydanda "Fənərbaxça"nı qəbul edib. Gərgin keçən matçda "qara qartallar" 2:0 önə keçsə də, Orkun Kökçü qırmızı vərəqə aldıqdan sonra "Fənərbaxça" 3 qol vuraraq qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, bu qələbə ilə "Fənərbaxça" lider "Qalatasaray"la xal fərqini 4-ə endirərək 25 xalla 2-ci, "Beşiktaş" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.

Türkiyə Super Liqası

XI tur

"Beşiktaş" - "Fənərbaxça" 2:3

Qollar: E.Ture, 5, E.Topçu, 22, - İ.Yüksek, 32, M.Asensio, 45+3, C.Duran, 83

Qırmızı vərəqə: O. Kökçü, 26 ("Beşiktaş")

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right