Messi qol vurdu, komandası uduzdu

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də pley-off matçını keçirib.

Newsport.az xəbər verir ki, argentinalının komandası "Neşvill"lə üz-üzə gəlib.

Bu görüşdə "İnter Mayami" rəqibinə 1:2 uduzub.

Lionel Messi qol vursa da, komandasının məğlubiyyətinin qarşısını ala bilməyib.

Hazırda bu komandaların ümumi nəticəsi 1:1-dir. Həlledici görüş noyabrın 8-də keçiriləcək. 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right