“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Çelsi” Premyer Liqanın X turu çərçivəsində növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, səfərdə "Tottenhem"in qonağı olan "Çelsi" 1:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Çelsi” növbəti oyununu noyabrın 5-də “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.