A seriyası klubunda baş məşqçi istefası

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Cenoa" Patrik Vieyra ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 49 yaşlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib.

Qeyd edək ki, Patrik Vieyra 2024-cü ilin noyabr ayında "Cenoa"nın baş məşqçisi postuna təyin olunmuşdu. A Seriyasında 9 turdan sonra qələbəsi olmayan komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right