“Milan” və “Fiorentina”nın eyni hədəfi

“Milan” və “Fiorentina” eyni futbolçunun transferi üçün mübarizəyə başlayıb. Hər iki komanda Covani Santananı heyətinə qatmaq istəyir.

Newsport.az xəbər verir ki, braziliyalı mərkəz hücumçusu “Verona”ya məxsusdur. Məhz bu klubdakı əla oyunu ona maraq yaradıb. A Seriyası təmsilçiləri bazarlığı bu qış reallaşdırmaq niyyətindədir.

Yayda “Korintians”dan azad agent kimi heyətə qatılan oyunçunun dəyəri 5 milyon avrodur. Amma müştərilərin çoxluğunu nəzərə alan “Verona” qiyməti qaldırıb. 2029-cu ilin yayınadək müqaviləsi olan forvard klubunun verəcəyi qərarı gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right