Sinner və Mbappe Paris restoranında

“Böyük Dəbilqə” seriyalı turnirlərin dördqat çempionu və dünya reytinqinin 2 nömrəsi Yannik Sinner Fransanın Paris şəhərindəki bir italyan restoranında Madrid “Real”ının hücumçusu Kilian Mbappe ilə görüşüb.

“Çempionlar axşamı. Yannik Sinner və Kilian Mbappeni “Giusé Trattori”də qarşılamaq həmişə xoşdur. İllərdir qonaqlıq vermək şərəfinə nail olduğumuz tanış simalar”, – deyə restoran rəhbərliyi sosial mediada paylaşım edib.

Sinner hazırda Parisdə “Masters” turnirində yarışır. O, ikinci turda belçikalı Zizou Berqs ilə qarşılaşacaq. İtaliyalı tennisçi bu mövsüm iki Böyük Dəbilqə turnirində – Avstraliya Açıq və Uimbldon turnirlərində, eləcə də Çinin Pekin və Avstriyanın Vyana şəhərlərində titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right