"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi

2 gün əvvəl İqor Tudoru istefaya göndərən "Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə insayder Canluka di Marzio məlumat yayıb.

Turin təmsilçisi İtaliya millisinin sabiq çalışdırıcısı Luçiano Spaletti ilə anlaşıb. Tərəflərin yaxında 2026-cı ilin yayınadək müqavilə imzalayacaqları bildirilib.

Bildirilib ki, mütəxəssisin "Yuventus"un yeni baş məşqçisi kimi rəsmi təqdimatı cümə axşamı baş tutacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right