“Bayern” Harri Keynə əvəzedici tapıb. İngilis hücumçu yayda Münheni tərk edərsə, onun yeri Fisnik Aslani ilə doldurulacaq.
Newsport.az xəbər verir ki, “Hoffenhaym”da ulduzu parlayan 23 yaşlı hücumçu bir sıra klubun hədəfindədir. Bundesliqada özünü göstərən oyunçuları ələ keçirməsi ilə məşhur olan “Bayern” yenə eyni addımı atacaq.
Kosovolu mərkəz hücumçusunun transfer dəyəri 18 milyon avrodur. “Hoffenhaym” 2029-cu ilin yayında müqaviləsi bitəcək oyunçunu mövsümün sonunda satmağa razıdır.
Keyn qışda münhenlilərə yekun qərarını bildirməlidir. “Barselona”dan və bir sıra İngiltərə klublarından dəvət alan forvard qalmağa qərar versə, Aslaninin keçidi təxirə salınacaq.