London klubu futbolçusu ilə yollarını ayırmaq istəyir

İngiltərənin "Tottenhem" klubu futbolçusu Dominik Solanke ilə yollarını ayırmaq istəyir.

Newsport.az "Football Insıder" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Tomas Frank 28 yaşlı hücumçunun çıxışından razı deyil.

Forvardın tez-tez zədələnməsi də buna təsir göstərib.

Qeyd edək ki, Dominik Solanke 2025/2026 mövsümündə üç oyunda meydana çıxıb və qol vura bilməyib. Onun London təmsilçisi ilə 2030-cu ilin yayınadək müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right