“Lids” Pyotr Zelinskini heyətinə qatmaq istəyir. İngiltərə klubu 31 yaşlı yarımmüdafiəçi üçün rəsmi danışıqlara tezliklə başlayacaq.
Newsport.az xəbər verir ki, polşalı “İnter”dəki durumundan məmnun deyil. O, ümumiyyətlə İtaliyanı tərk etmək istəyir. Yorkşirlilər bu səbəbdən əməli addımlar atmağa başlayıb.
Zelinski vətənindən ayrılandan bəri yalnız A Seriyasında çıxış edib. 2024-cü ilin yayında sərbəst oyunçu kimi “Napoli”ni “İnter”ə dəyişən yarımmüdafiəçi 3 illik müqaviləsinin qalmasına rəğmən, Milanı tərk etmək niyyətindədir. “Lids” keçidi 10 milyon avroya reallaşdıracağına ümidlidir.