"Qalatasaray"ın futbolçusunun durumuna aydınlıq gəldi

"Qalatasaray"ın zədəli futbolçusu İlkay Gündoğanın durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin ayaq əzələsində gərilmə və qanaxma aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli oyunçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Budo Qlimt"lə matçından öncə keçirilən məşq zamanı zədələnmişdi.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 7 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right