Zirkzeyə İngiltərədən daha bir müştəri

Coşua Zirkze İngiltərədə qala bilər. Niderlandlı hücumçu İtalyaya qayıtmağa cəhd etsə də, hazırda ən real müştəri məhz Premyer Liqa təmsilçisidir.

Newsport.az xəbər verir ki, “Vest Hem” “Mançester Yunayted”də heyətə düşməyən 24 yaşlı oyunçunu yanvarda icarəyə götürmək istəyir. Həm futbolçuya, həm də klubuna ilk təklif göndərilib.

Zirkze “Yuventus”dan gələcək təklifi gözləyir. Turnlilər real addım atmasa, Nigeriya əsilli hücumçu londonluların dəvətini dəyərləndirəcək.

2024-cü ilin yayında 42 milyon avroya “Bolonya”dan transfer edilən niderlandlının mançesterlilərlə 4 illik müqaviləsi qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right