“Karyerasını nəzərə alsaq, Mbappe “qızıl top”a layiqdir” Osman Dembele

PSJ-nin forvardı Osman Dembele “Real”ın hücumçusu Kilian Mbappenin “qızıl top”u qazanmaq şanslarından danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun mövsümə çox yaxşı başladığını söyləyib:

“Mbappe “qızıl top”a layiqdirmi? Karyerasını nəzərə alsaq, o, buna layiqdir. Mövsümə çox yaxşı başladı, qollar vurur. O, mənim dostumdur və ümid edirəm ki, belə davam edəcək. Ümid edirəm ki, o, bir gün “qızıl top”u qazanar”.

Dembele və Mbappe Fransa millisində komanda yoldaşıdır. PSJ-nin futbolçusu bu il “qızıl top” mükafatına sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right