Luka Modriç tituldan doymayıb. O, son müsahibəsində İtaliya çempionu olmağı arzuladığını bildirib.
Newsport.az xəbər verir ki, xorvat yarımmüdafiəçi “Rai”yə “Milan”dakı hədəflərindən danışıb: “Karyeramda demək olar, hər şeyi qazanmışam. Amma kifayətlənmək istəmirəm. “Milan”la daha bir kubok qazanmaq arzum var”.
40 yaşlı oyunçu böyük klubda oynadığının fərqindədir: “Böyük tarixə malik olan möhtəşəm klubda oynayıram. Futbolçularımız istedadlı və hirslidir, baş məşqçimiz isə qalib ruhlu. Yolumuz uzundur, amma mövsümdən gözləntilərim var. Buraya yalnız çempionluq qazanmaq məqsədi ilə gəlmişəm”.
Modriç 13 illik “Real” karyerasını bitirdikdən sonra “Milan”a azad agent kim gəlib. Onun mövsümün sonunadək müqaviləsi var. Luka istərsə, müddəti daha bir il artırmaq mümkündür.