İngiltərə millisinin üzvü "Mançester Yunayted"ə keçə bilər

"Mançester Yunayted" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" İngiltərə millisinin üzvünü yanvar ayında heyətinə qatmağa çalışacaq. Klubu 22 yaşlı futbolçu üçün 86 milyon avro tələb edir.

Qeyd edək ki, Elliot Anderson bu mövsüm "Nottingem Forest"in heyətində meydana çıxdığı 10 oyunda 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right