Metti Keş “Aston Villa”da qalacaq. Birmingemlilər onunla müqavilənin uzadılması üçün razılıq əldə edib.
Newsport.az xəbər verir ki, anlaşmanın müddəti 2029-cu ilin yayınadək artırılacaq. 28 yaşlı polşalının maaşı da yüksələcək.
Keş 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, “Nottingem Forest”dən 16 milyon avroya transfer edilmişdi. Müdafiəçinn hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatırdı.