Cokoviç nüfuzlu turniri buraxacaq

“Böyük Dəbilqə” seriyalı turnirlərin 24 qat qalibi serbiyalı Novak Cokoviç oktyabrın 27-dən noyabrın 2-dək keçiriləcək Paris turnirində iştirakdan imtina edib.

Cokoviçi yarışda dünya reytinqinin 54 nömrəsi fransalı Benjamin Bonzi əvəzləyəcək.

Cokoviç sosial şəbəkədə bununla bağlı açıqlama verib: “Əziz Paris, təəssüf ki, mən builki “Rolex Paris Masters” turnirində iştirak etməyəcəyəm. Bu illər ərzində gözəl xatirələrim və böyük uğurum var, xüsusən də 7 dəfə titul qazanmaq məni sevindirir. Ümid edirəm ki, gələn il sizi görəcəyəm. Təşəkkür edirəm”.

Xatırladaq ki, Cokoviç artıq bu ilin yekun turnirinə vəsiqə qazanıb. Lakin o, hələ ki, Turində iştirakını rəsmən təsdiqləməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right