“Kompani hər kəsin hörmətini qazanıb” “Bayern”in prezidenti

“Bayern”in prezidenti Herbert Hayner klubun baş məşqçi Vensan Kompani ilə müqavilənin müddətini uzatması barədə fikirlərini bölüşüb.

Newsport.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Kompani ilə əməkdaşlığın davam etməsindən məmnun olduqlarını bildirib:

“Müqavilənin müddətinin uzadılması Kompaniyə olan güclü etimadın göstəricisidir. O, gördüyü işlə hər kəsin, futbolçuların, klub rəhbərliyinin və azarkeşlərin hörmətini qazanıb. Biz əməkdaşlığımızın davam etməsindən məmnunuq”.

Belçikalı mütəxəssis “Bayern”lə müddəti 2029-cu ilədək olan yeni müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right