Maquayr klubuna güzəştə getməyə razıdır

“Mançester Yunayted”in 32 yaşlı müdafiəçisi Harri Maquayr klubda qalmaq naminə maaşının azaldılmasına razıdır.

Newsport.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Old Trafford”da karyerasını davam etdirmək istəyir və bu məqsədlə güzəştə getməyə hazırdır.

“Mançester Yunayted” hazırda Maquayra ildə 9,9 milyon funt sterlinq (vergilər çıxıldıqdan sonra 5,43 milyon funt sterlinq) ödəyir. Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

2019-cu ildən “Mançester Yunayted”də çıxış edən Maquayr indiyədək komandanın heyətində 254 oyun keçirib. O, İngiltərə Premyer Liqasının son turunda “Liverpul”un qapısına qələbə qolunu vuraraq, komandasına vacib üç xal qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right