"Yuventus"da yeni müqavilə

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, Turin təmsilçisi müdafiəçi Daniele Ruqaninin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin sabiq üzvü 30 iyun 2028-ci il tarixinə kimi A Seriyası klubuna məxsus olacaq.

Qeyd edək ki, "Yuventus" Daniele Ruqanini 2013-cü ilin yayında "Empoli"dən transfer edib. 31 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "ağ-qaralar"ın heyətində 4 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right