Fransa Liqa 1: “Lill” “Nant”a qalib gəldi

Fransa Liqa 1-də 8-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Loryan” – “Brest” və “Renn” – “Oser” görüşlərində qalib müəyyənləşməyib. “Lans” “Paris”i, “Tuluza” “Mets”i məğlub yola salıb. “Nant”ın qonağı olan “Lill” də səfərdə qalib gəlib.

Hazırda 18 xalı olan Marsel “Olimpik”i vahid liderdir. PSJ 17, “Strasburq” və “Lans” 16, Lion “Olimpik”i 15 xal toplayıb.

Fransa Liqa 1
8-ci tur
17 oktyabr

PSJ – Strasburq 3:3
Qollar: Barkola, 6. Q.Ramos, 58-pen. Mayulu, 799 – Panikelli, 26; 49. D.Moreyra, 41.

18 oktyabr

Nitsa – Olimpik (Lion) 3:2
Qollar: Bard, 5. Diop, 35. Budaui, 55 – Şults, 29; 90+5.

Anje – Monako 1:1
Qollar: Şerif, 85 – Baloqun, 72.

Olimpik (Marsel) – Havr 6:2
Qollar: Qrinvud, 35-pen; 67; 72; 76. Vas, 88. Murilyo, 90+3 – Kexta, 24. A.Ture, 90+2.

19 oktyabr

Lans – Paris 2:1
Qollar: Eduard, 17. Baydu, 64 – Melu, 27.

Loryan – Brest 3:3
Qollar: Le Bris, 2. Kuassi, 55. Sumano, 89 – Ebimbe, 34. Makenqo, 44-öz qapısına. Del Kastilyo, 86-pen.

Renn – Oser 2:2
Qollar: Embolo, 18. Fofana, 56 – Namaso, 8. Sinayoko, 72-pen.

Tuluza – Mets 4:0
Qollar: Maqri, 2. Donnum, 8-pen. Qboho, 79. Kressuel, 84.

Nant – Lill 0:2
Qollar: Haraldsson, 8. İqamane, 89.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right