İngiltərə Premyer Liqasında 8-ci turun görüşləri davam edir.
Newsport.az xəbər verir ki, səfərdə "Liverpul"un qonağı olan "Mançester Yunayted" gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılmağı bacarıb. Mançester təmsilçisi sonuncu dəfə "Liverpul"u səfərdə 2016-cı ilin yanvarında Ueyn Runinin qolu ilə 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı.
Qeyd edək ki, ardıcıl 3-cü məğlubiyyətini alan "Liverpul" 15 xalla 3-cü, "Mançester Yunayted" isə 13 xalla 9-cu pillədə qərarlaşıb.