Mahir Emreliyə ehtiyac duymadılar

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Karlsrue" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Mahir bu matçda iştirak etməyib. 28 yaşlı hücumçunun adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right