“Nyukasl” italiyalı futbolçuya yeni müqavilə təklif edəcək

Sandro Tonali yay transfer dövründə “Yuventus”un diqqət mərkəzində olsa da, “Nyukasl” onu komandada saxlamaq niyyətindədir.

Newsport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Klub rəhbərliyi Tonalinin müqaviləsinin müddətini uzatmaq üçün bütün səylərini göstərəcək.

İtaliyalı yarımmüdafiəçinin “Nyukasl”la sözləşməsinin müddəti 2028-ci ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right