"Fənərbaxça"nın futbolçusu "Lion"a keçə bilər

"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Lion" polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Liqa 1 klubu Şimanski üçün noyabr ayında İstanbul nəhənginə təklif göndərməyi planlaşdırır. 26 yaşlı oyunçu özü "Lion"a keçməyə isti yanaşır.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right