"Fənərbaxça"nı sabiq komandasına dəyişəcək

“Fənərbaxça”nın futbolçusu Fred karyerasını ölkəsində davam etdirə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “İnternasyonal” maraqlıdır. 

Təcrübəli yarımmüdafiəçinin qışda sabiq komandasına qayıtmağı gündəmdədir. Braziliya klubu onun keçidini məhz bu qış həll etməyə çalışır.

“İnternasyonal”, “Şaxtyor”, “Mançester Yunayted” klublarında oynamış Fred 2023-cü ildə “Fənərbaxça”ya keçib.

Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right