“Roma”nın sabiq kapitanı Françesko Totti yeni mövsümün başlanğıcında Can Pyero Qasperinin rəhbərliyi altında komandasının çıxışını dəyərləndirib.
Newsport.az xəbər verir ki, Totti A Seriyasının altı turundan sonra “Roma”nın 15 xalla birinci pillədə yer alması haqda bunları deyib:
"Komanda yeni mövsümə yaxşı başlayıb. Futbolçular həqiqətən də xoş mənada təəccübləndirirlər, çünki heç kim bu cür başlanğıc gözləmirdi. Ümid edək və inanaq ki, onlar eyni ruhda oynamağa davam edəcəklər. Qasperininin işi ilə bağlı təəssüratlarım? Açığını deyim ki, biz onun təsirinin yalnız ilk bəhrələrini gördük və məncə, bu, gələcək üçün yaxşı əlamətdir".